«Bizim Yol» qəzeti: Artıq istintaqda Rail Rzayevin qətlinin motivi haqda dəqiqləşmiş məlumatlar var. Yəni, generalın nəyə görə öldürüldüyü istintaqa bəllidir.
R. Rzayevin sürücüsü Şövqü Seyfullayevin ifadələri araşdırmanın konkret istiqamətlər üzrə aparılmasına yardımçı olub.
«Bizim Yol» mötəbər mənbəyə istinadən yazır ki, qətlin snayper tüfəngi ilə törədilmədiyi artıq məlumdur. Çünki, qatil Beynəlxalq Bankın müşahidə kameralarına yaxalanıb... Onun sifəti videolentə düşməyib, maksimum çalışıb ki, özünü kameradan qorusun. Ona görə də killerin bütün görüntüləri yalnız arxadan çəkilib...
Generala atılan güllənin gilizi maşından xeyli aralı yerdə tapılıb. Əgər qətl snayperlə törədilsəydi, qatil şübhəsiz ki, yüksəklikdə, ətrafdakı binaların birində mövqe tutardı. Bu zaman təbii ki, giliz generalın maşınının yaxınlığında tapılmazdı.
Bununla belə, gilizin avtomobildən xeyli aralıda tapılması yeni müəmmalara yol açıb. Giliz atəş açıldığı yerə düşməlidir, o zaman niyə o kənarda tapılıb?
Buradan belə bir versiya da çıxır ki, general tamamilə başqa şəraitdə də qətlə yetirilə bilərdi...
Mənbə bildirib ki, artıq generalın son günlərdəki hərəkət trayektoriyası, təmasda olduğu şəxslərlə bağlı bütün məlumatlar toplanıb. Bu yöndə araşdırmalar hüquq-mühafizə orqanlarına ipucları verib...
«Yeni Müsavat» qəzeti: «Göygöl Dövlət Qoruğu tamamilə Bəylər Əyyubovun nəzarətinə keçib. Bu obyekt artıq dövlət qoruğu statusunu faktiki olaraq itirib. Bura xeyli vaxtdır ki, B.Əyyubovun qoyun sürüləri üçün otlaq, ferma təsərrüfatları üçün əlverişli məkana çevrilib».
Gəncəbasar zonasından olan mənbə iddia edir ki, prezidentin şəxsi mühafizə xidmətinin rəisi B.Əyyubov onsuz da ölkədə Gəncəbasar zonasının qeyri-rəsmi sahibi sayılır:
«Gəncə və onun ətrafı, keçmiş Xanlar rayonu cənab generalın şəxsi malikanəsi kimi bir şeydir; Bəylər müəllimin adamları və əqrəbaları oraların camaatına da malikanələrin rəiyyətləri kimi baxır və onlarla eynən o cür də rəftar edirlər».
Keçmiş Xanlar (indiki Göygöl) rayonu ərazisində generalın saysız-hesabsız qoyun sürüləri, çoxlu fermaları var. İşçilərin və çobanların əksəriyyəti də Kəlbəcər rayonundan olan qaçqınlardır…
Bütün bunlar çox yaxşıdır; general ölkəyə, özünə və insanlara faydalı bir fəaliyyət növü təşkil edib. Amma problem ondadır ki, məhz bu qoyunlara görə illərdir ki, Göygöl Dövlət Qoruğu azərbaycanlıların üzünə bağlıdır:
«Yayda Göygölün və Maralgölün ətrafı, üstü qoyun sürülərinin məskəni olur. Bəzi hallarda Maralgölün yuxarısındakı otlaqları başqa sahibkarların fermalarına satırlar - pulunu alıb otlaq üçün icarəyə verirlər»…
«Azərbaycan» qəzeti: Azərbaycan 2010-cu ilədək qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) standartlarına uyğunlaşdırılması üzrə fəaliyyət planını yerinə yetirmək niyyətindədir.
Bunu Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev Xəzər İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə bəyan edib.
M.Məmmədquliyev bildirib ki, 2006-cı ildə prezident İlham Əliyev tərəfindən qanunvericiliyin ÜTT standartlarına uyğunlaşdırılmasına dair fəaliyyət planı təsdiqlənib. Hazırda bu plan çərçivəsində müəyyən qanun və sənədlər artıq təsdiqlənmiş, onların digər hissəsi təsdiqlənmə prosesindədir. Ümid olunur ki, bu plan 2009-cu ilin sonunadək yerinə yetiriləcək...
Nazir müavini əlavə edib ki, 2009-cu ilin birinci yarısında Cenevrədə işçi qrupunun ÜTT Katibliyi ilə növbəti görüşü keçirilə bilər:
«Hər şey qurum üzvlərindən aldığımız suallara nə qədər tez cavab verə biləcəyimizdən asılıdır. Bizim cavablarımızla tanış olmaq üçün onlara ən azı bir ay vaxt lazımdır. Əgər biz martın sonunadək bütün suallara cavab verə bilsək, onda cari ilin birinci yarısında işçi qrupunun növbəti iclasının keçirilməsi üçün imkan yaranacaq. Sualların sayı çox deyil, lakin onlar daha ətraflı cavab tələb edir».
Azərbaycanın 2009-cu ildə ÜTT-nin bəzi üzvləri ilə ikitərəfli danışıqları başa çatdıra biləcəyini deyən M.Məmmədquliyev bildirib ki, hazırda 6 ölkə ilə danışıqlar sona yetib. Onlardan Türkiyə, BƏƏ, Oman ilə müvafiq protokollar imzalanıb, Gürcüstan, Qırğızıstan, Moldova ilə isə sənədlər imzalanmaq üçün hazırlanır...