Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Minsk Qrupunun həmsədrləri Azərbaycana fevralın 26-da gələcəklər


ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) regiona səfərləri çərçivəsində Azərbaycana fevralın 26-da axşam saatlarında gələcəklər.

Bu barədə APA-ya açıqlamasında M. Brayza bildirib.

Həmsədrlərin regiona budəfəki səfərlərinin də məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinin baza prinsiplərini razılaşdırmaqda münaqişə tərəflərinə yardım etməkdir.

Diplomatların Azərbaycan rəsmiləri ilə görüşü fevralın 27-nə nəzərdə tutulur.
XS
SM
MD
LG