Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:53

Naxçıvanda nazirlə görüşə çağrılan adam 2 saat təhqir olunub


Fevralın 20-də Reportyorların Azadlığı və Təhlükəsizliyi institutunun əməkdaşı İdrak Abbasov görüş adıyla çağırıldığı Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində 2 saat sorğu-suala çəkilib, psixoloji təzyiqlər və təhqirlərlə üzləşəndən sonra Muxtar Respublikanı tərk etməsi tələb olunub.

Bu barədə Azadlıq Radiosuna İdrak Abbasov özü, Naxçıvandan Bakıya qayıdan kimi məlumat verib. Abbasovun sözlərinə görə, o, muxtar respublikaya səfəri ərzində media nümayəndələrinə qarşı təzyiqlər məsələsini araşdırıb, hətta bəzi yerli hakimiyyət orqanlarının nümayəndələri, ombudsman aparatında da görüşlər keçirib. Ancaq günorta saatlarında nazirlə görüş adıyla Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb və burda təzyiqlərlə üzləşib.

İdrak Abbasov Azadlıq Radiosuna deyib ki, nazirliyin girişində onu normal qarşılasalar da, həyətə daxil olandan sonra gözlərini bağlayıb, sürüyə-sürüyə aparıb bir otağa salıblar. Sonradan otağa gələn və özünü təqdim eləməyən bir nəfər Abbasovu təhqir edib, casusluqda günahlandırıb, zorakılıqla hədələyib. Səbəbini soruşanda isə deyib ki, “bura Naxçıvandır, buranın öz qaydaları var”.

İdrak Abbasovun sözlərinə görə, iki saat saxlanandan sonra, ondan tələb eləyiblər ki, dərhal Naxçıvan aeroportuna getsin və Muxtar Respublikanı tərk eləsin.

XS
SM
MD
LG