Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:38

Anna Politkovskayanın qətliylə bağlı iş yenidən istintaqa qaytarılır


Jurnalist Anna Politkovskayanın qətliylə bağlı cinayət işi istintaqa qaytarılacaq. Moskva Hərbi Məhkəməsinin hakimi Yevgeni Zubov bu gün belə deyib. Hakimin sözlərinə görə, istintaqa göndərilən iş yenidən araşdırılacaq və prokurorluğun araşdırmasından sonra təkrar məhkəmə baxışı keçirilə bilər.

Dünən eyni məhkəmə jurnalistin qətliylə bağlılığı iddia olunan 4 nəfərə bəraət vermişdi. Ittiham olunanlardan biri Federal Təhlükəsizlik Xidmətinin zabiti, biri isə polis zabiti idi.

“Novaya Qazeta”nın müxbiri Anna Politkovskaya Kremli, Putini və Çeçenistanın Moskva meylli hakimiyyətini tənqdi edirdi. Jurnalisti 2006-cı il oktyabrın 7-də evinin girişində güllələmişdilər.

Hüquq-mühavizə orqanları Qətli törətmək şübhəli bilinən şəxsin xaricdə gizlənidiyni bildirirlər. Öldürülən jurnalistin yaxınları isə Rusiya hüquq-mühavizə orqanlarından şəxsən qatilin və qətlin sifarişçilərinin tutulmasını tələb edirlər.
XS
SM
MD
LG