Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

Gələn ay Elmira Süleymanova sonuncu hesabatını verəcək


Ombudsman Aparatı Elmira Süleymanovanın rəhbərliyi altında hökumətə sonuncu hesabatını verəcək.

Mart ayının ilk ongünlüyündə Ombudsman Aparatı prezidentə, Milli Məclisə, Ali Məhkəməyə və digər strukturlara 2008-ci ilə dair illik hesabat verəcək.

Ombudsman Elmira Süleymanova fevralın 20-də jurnalistlərə deyib ki, bu, onun həmin vəzifədə sonuncu hesabat məruzəsi olacaq:

«Ona görə də bu hesabat əvvəlki illərdəkindən fərqlənəcək».

Ombudsmanın sözlərinə görə, həmin hesabat 7 illik dövrü – yəni onun fəaliyyət müddətini tam əhatə edəcək.

«İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında» qanuna görə, bir nəfər iki dəfədən artıq ombudsman seçilə bilməz.
XS
SM
MD
LG