Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:21

ABŞ Avropada raketdən müdafiə sistemi qurmaq planına yenidən baxır


Amerikanın Polşa və Çexiyada hava hücumundan müdafiə sistemləri yerləşdirmək planını həyata keçirmək üçün zamana ehtiyacı var. Çünki bu plan yenidən gözdən keçirilir. Amerikanın müdafiə naziri Robert Geyts Polşalı həmkarı Boqdan Kliçlə görüşündə belə deyib.

Geytsin sözlərinə görə, yeni prezident Obamanın administrasiyası iqtisadi böhrandan tutmuş - Əfqanıstan və İraqdakı duruma qədər, ölkənin bir çox sahələrlə bağlı siyasətini yenidən gözdən keçirir. Bu isə bir qədər vaxt apara bilər. Amma ABŞ hələ də İranı Avropa üçün potensial təhlükə olaraq qəbul eləyir.
XS
SM
MD
LG