Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 08:42

Xarici İşlər Nazirliyi həmsədrlərin bəyanatına münasibət bildirib

XİN-in mətbuat katibi Xəzər İbrahim
XİN-in mətbuat katibi Xəzər İbrahim
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib.

Həmsədrlər fevralın 19-da yaydığı bəyanatda Azərbaycanın dekabrın sonlarında BMT-də yaydığı sənədlərə istinad ediblər və Dağlıq Qarabağ münaqişəsinin hərbi həllinin olmadığını bildiriblər.

XİN-in mətbuat katibi Xəzər İbrahim deyir ki, Azərbaycan həmin sənədləri yayarkən beynəlxalq norma və prinsiplərə əsaslanıb və bundan sonra da əsaslanacaq.

X.İbrahim bildirir ki, Moskva bəyannaməsində də qeyd olunur ki, münaqişə beynəlxalq hüquq və normalar çərçivəsində tənzimlənməlidir. Azərbaycansa dəfələrlə elan edib ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

XİN sözçüsü deyir ki, məhz Ermənistan daima münaqişənin hərb yolu ilə həllinə çalışıb:

«Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən işğal olunub. Həmsədrlərin bəyanatı Ermənistan tərəfinə yönəlməlidir. Onlardan tələb olunmalıdır ki, münaqişənin sülh yolu ilə həllinə çalışsınlar, birmənalı olaraq Silahlı Qüvvələrini Azərbaycan ərazisindən çıxarsınlar».
This item is part of
XS
SM
MD
LG