Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Day.az domeni milli domen bazasından silinməyib


Day.az domeni layihənin rəhbəri, həm də baş redaktor Elnur Baimovun adına qeydiyyata alınıb
Day.az domeni layihənin rəhbəri, həm də baş redaktor Elnur Baimovun adına qeydiyyata alınıb
Day.az domeni «az» milli domen bazasından silinməyib. Day.az domeninin heç bir borcu da yoxdur. Bu barədə «Azadlıq» radiosuna Network Technologies şirkətindən məlumat veriblər.

Domen layihənin rəhbəri, həm də baş redaktor Elnur Baimovun adına qeydiyyata alınıb. Burda da portalın bağlanma səbəbləri barədə hər hansı məlumata malik deyillər. Bir onu deyirlər ki, bu domenlə bağlı hər hansı bir problem mövcud deyil.

Network Technologies şirkəti milli domenlərin satışıyla məşğuldur.

Rusdilli internet portalı Day.az və eyni adlı radio fevralın 19-da fəaliyyətini dayandırıb. Amma internet portalının nəyə görə bağlanması barədə sayt rəhbərliyi heç bir məlumat açıqlamır.

Saytın təsisçisi olduğu iddia edilən deputat Anar Məmmədxanov isə deyib ki, saytın üzərində rekonstruksiya işləri aparılır və yaxın günlərdə sayt fəaliyyətini bərpa edəcək. Amma saytın həmin jurnalist tərkibi ilə işini bərpa edib-etməyəcəyi hələ bəlli deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG