Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:13

Amerika Qırğızıstandakı bazaya görə daha çox pul ödəməyə hazırdır


Amerika Qırğızıstandakı Manas bazasının icarəsi üçün daha artıq pul ödəməyə hazırdır. Amerikanın müdafiə naziri Robert Geyts belə deyib. Geytsin sözlərinə görə, Qırğızıstandakı bazayla bağlı danışıqları hələ də bitmiş saymırlar.

Qırğız parlamenti fevralın19-da ölkədəki Amerika bazasının bağlanmasına qərar verib. Amerika həmin bazadan Əfqanıstandakı qoşunlarının təhcizatı üçün istifadə edir. Əgər Qırğızıstan prezidenti Kurmanbek Bakıyev qərarı imzalasa, baza 180 günə bağlanmalıdır.

Bakıyev bazanın bağlanma səbəbi kimi Vaşinqtonun onlara lazımi qədər pul ödəmədiyini bildiririb. Bazanın bağlanması təşəbbüsünü prezident Kurmanbek Bakiyev fevralın 3-də Moskvada rusiyalı həmkarı Dmitri Medvedyevlə görüşdən sonra açıqlamışdı.
XS
SM
MD
LG