Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 09:55

Pullar dəyişməyəcək


18 mart referendumunda konstitusiyaya əlavə və dəyişikliklər gerçəkləşsə və Milli Bank Mərkəzi Bank çevrilsə, dövriyyədə olan milli pul nişanları, habelə həmin pul nişanları üzrə yaradılmış ehtiyatlar dəyişdirilməyəcək və yeniləri ilə əvəzlənməyəcək. Bəyanatı Milli Bankın mətbuat xidməti yayıb.

Milli Bank bildirir ki, referendumun nəticələrindən asılı olaraq hazırda dövriyyədə olan pul nişanlarının, o cümlədən yeni nominalların gələcəkdə sifarişi zamanı onlarda dəyişikliklər edilə bilər. Lakin bu halda da hazırda dövriyyədə olan pul nişanları köhnəlib dövriyyədən çıxarılana qədər qanuni ödəniş vasitəsi kimi qüvvədə olacaq.

Azərbaycan Milli Bankının adı konstitusiyanın 19, 95 və 109-cu maddələrində var. Konstitusiyaya əlavə və dəyişikliklər adın Mərkəzi Bankla əvəzlənməsini nəzərdə tutur. Azərbaycanda bütün kağız pulların, yəni 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinasların hamısının üzərində «Azərbaycan Milli Bankı» sözləri yazılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG