Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 16:09

Buşa ayaqqabı atan jurnalistin məhkəməsi gələn aya qalıb


Corc Buşa ayaqqabı atan jurnalistin məhkəməsi gələn aya qalıb.

İraqlı jurnalist Müntazir əl-Zaidi 15 ilə qədər həbs cəzası gözləyir.

O, xarici liderə hücumda günahlandırılır.

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş dekabrda Bağdadda çıxış edəndə jurnalist ayaqqabılarını ona atıb.

Vəkilləri jurnalistin Buşa xəsarət yetirmək istəmədiyini, sadəcə ona nifrətini bildirmək niyyətində olduğunu deyir və gəncin buraxılmasını istəyir.

Məhkəmə fevralın 19-da bildirib ki, Buşun səfərinin rəsmi və ya qeyri-rəsmi olduğu aydınlaşdırılmalıdır.
XS
SM
MD
LG