Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 05:14

Xoşbəxt Yusifzadə: «Azərbaycanın «Nabucco»da iştirakı mümkündür»


«Azərbaycanın «Nabucco»da iştirakı mümkündür. Bunun üçün ölkəmizin kifayət qədər qaz ehtiyatı var». Fevralın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Xoşbəxt Yusifzadə belə deyib.

«Hazırda Azərbaycanın qaz ehtiyatı 2 trilyon kub metrdən artıqdır. Bu da bizə imkan verir ki, «Nabucco» layihəsində iştirak edək. Məsələnin həlli danışıqlardan asılı olacaq»-, deyə Yusifzadə bildirib.

«Nabucco» qaz kəməri layihəsini Avropa Birliyi irəli sürüb. Kəmər Xəzər regionunun qaz ehtiyatlarının Rusiyadan yan keçməklə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutur.
XS
SM
MD
LG