Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Qəbiristanlıqda döyüş olub


Ekvatorial Qvineyada hökumət qüvvələri ilə yaraqlıların qalıqları arasında döyüş paytaxt Malabonun qəbiristanlığında baş verib. Silahlılar mühasirəyə alınsalar da, təslim olmaq istəmirlər. (Frans press) Naməlum silahlı qrup şəhərə fevralın 17-də hücum etmişdi.

Silahlılar şəhərə dənizdən hücum ediblər və hökumət deyir ki, məqsədləri adaların birində yerləşən prezident aparatını ələ keçirmək olub. Şəhərə hücum edən silahlıların çoxu öldürülüb. Belə gümanlar səslənir ki, onlar qonşu Nigeriayadan gəliblər.

Ekvatorial Qvineya Afrikada üçüncü böyük neft ixracatçısıdı.
XS
SM
MD
LG