Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:31

İslam lideri Hillari Klintonla nahardan imtina etdi


İndoneziyanın İslam lideri ölkəyə səfərə gələn Amerikanın yeni dövlət katibi ilə birgə nahar dəvətini rədd edib. Təxminən 30 milyon indoneziyalını təmsil edən dini lider Din Şəmsuddin bildirib ki, bu, sadəcə Hillari Klintonla nahardır, dəvətə dialoq daxil deyil və faydası olmayacaq. (Frans press)

O bildirib ki, yerli nemətlərlə dolu süfrə arxasında Amerikanın yeni dövlət katibi ilə nahar etməkdənsə, Avstraliyada keçirilən dinlərarası konfransda iştirak etməyə üstünlük verərdi.

Amerikanın yeni prezidenti Barak Obama müsəlman dünyası ilə münasibətləri yenidən qurmağı söz verib. Onun özü də uşaqlığının bir hissəsini dünyanın ən çox müsəlıman yaşayan bu ölkəsində keçirib.
XS
SM
MD
LG