Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:23

Jurnalistlər «Dürüstlük Mükafatı» aldılar


Mükafat alanlardan biri «Guardian»ın əməkdaşıdır
Mükafat alanlardan biri «Guardian»ın əməkdaşıdır
Beynəlxalq Şəffaflıq Təşkilatı fevralın 17-də iki jurnalistə «Dürüstlük Mükafatı» təqdim edib. «Guardian» və «Novaya Qazeta» nəşrlərinin araşdırmalar şöbələrinin redaktorları David Li və Roman Şeylov korrupsiya mövzusunda araşdırmalarına görə, bu mükafata layiq görülüblər.

David Linin araşdırmaları daha çox müxtəlif ölkələrin rəhbərlərinə rüşvət verməklə onların sifarişlərinin alınmasından bəhs edib. Bu cür sövdələşmələrdə də əksər hallarda təminatçı kimi Böyük Britaniya Xarici Kreditlərin Təminatı İdarəsi çıxış edib. Onun sonuncu araşdırmalarından biri də Britaniya Hava Sistemləri ilə Səudiyyə Ərəbistanı arasında silah alış-verişində korrupsiya haqqında olub.

David Li Böyük Britaniyada siyasi korrupsiya mövzusunda da çoxlu reportajların müəllifidir.

Roman Şeylov isə Rusiyanın keçmiş Atom Enerjisi nazirinin mənimsəmələri, eləcə də Kalininqrad vilayəti ilə Avropa ölkələri arasında qara bazarlarda dolaşan milyardlarla dollarlıq korrupsiya əməliyyatlarından bəhs edən reportajların müəllifidir.

Bu araşdırmalarına görə, onu son doqquz ildə azı dörd dəfə Federal Təhlükəsizlik Xidməti istintaqa çəkib.

2000-ci ildən bəri isə Şeylovun çalışdığı «Novaya Qazeta»nın korrupsiya faktları barədə yazan üç əməkdaşı qətlə yetirilib.

Beynəlxalq Şəffaflıq Təşkilatının «Dürüstlük Mükafatı» son yeddi ildə Asiya, Afrika, Avropa, Latın Amerikası və Yaxın Şərqin korrupsiya ilə mübarizədə tanınan simalarına verilib. Onların arasında ədəbiyyatçılar, vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər, mühasiblər və hətta dövlət məmurları var. Onların çoxu müdafiəyə ehtiyacı olan insanlar olublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG