Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:44

Leyla Yunusun məhkəməsi martın 2-də davam etdiriləcək


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus
Daxili İşlər naziri Ramil Usubovun iddiası ilə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa qarşı başlanan proses Yasamal Rayon Məhkəməsinin hakimı Raqib Qyrbanovun icraatındadır. Proses martın 2-si saat 11-də başlayacaq. Məlumat «Media forum» saytına Yasamal Rayon Məhkəməsindən verilib.

L.Yunusun vəkili İsaxan Aşurov «Media forum» a açıqlamasında məhkəmədən yazılı bildiriş almadığını bildirib.

Məhkəmə çəkişməsi nazirin iddiası ilə başlayıb. Nəsimi Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsində göstərilib ki, Sülh və Demokratiya İnstitutunun direktoru ötən il dekabrın 3-də «Day.az» saytına müsahibəsində Daxili İşlər Nazirliyinə böhtan atıb və Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu deyib. R.Usubov müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini iddia edərək L.Yunusun təkzib verməsi, nazirlikdən üzr istəməsi və mənəvi zərərin əvəzində 100 min manat təzminat ödəməsi tələbini qoyub.

İşə Nəsimi Rayon Məhkəməsində baxılmağa başlanıb. L.Yunusun vəkili müdafiə etdiyi şəxsin Nəsimi yox, Yasamal rayonunda yaşadığını əsas gətirərək işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi haqda vəsatət qaldırıb. Vəsatət qəbul olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG