Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:33

Xodorkovskiyə qarşı yeni ittiham irəli sürdülər


Rusiyanın Baş Prokurorluğu Mixail Xodorkovskiyə qarşı “öz vəzifəsindən sui-istifadə etməklə özgəsinin əmlakını xüsusilə iri məbləğdə talama” ittihamı irəli sürüb.

Rusiyanın “YUKOS” Neft Şirkətinin keçmiş rəhbəri, dünyanın ən zəngin adamlarından biri olan Mixail Xodorkovski bir neçə il əvvəl vergidən yayınma və dələduzluq ittihamları ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Çoxları bunu Kremlin siyasi ambisiyalı iş adamlarına qarşı planlı təzyiq kampaniyasının tərkib hissəsi hesab edirlər.

Eyni məzmunda yeni ittiham Xodorkovskinin keçmiş biznes ortağı olan Platon Lebedevə qarşı da elan edilib. O da 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə hazırda həbsdədir.
XS
SM
MD
LG