Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:32

Aqil Abbas: «Azərbaycanda ədalətsizliyin səbəbi məmurdur»


Aqil Abbas
Aqil Abbas
«Azərbaycanda ədalətsizliyin səbəbi məmurdur». «Ədalət» qəzetinin sabiq baş redaktoru, deputat Aqil Abbas Azərbaycandakı proseslərə münasibət bildirərkən «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib:

«Bir ölkədə mütləq ədalət olsaydı, mən qəzetimin adını «Ədalət» qoymazdım ki!..Mən hətta bir dəfə yazmışdım ki, ölədən sonra cəhənnəmə düşəcəm. Orada ədalət axtaracam, cənnətdə ədalət haqda düşünmürlər ki...»

A.Abbas hesab edir ki, Azərbaycan xalqının əsəbilik dərəcəsi artıb:

«Ona görə ki, yerlərdə ədaləti tapa bilmirlər. Bunun da əsas səbəbi vəzifəlilərdir. Məhz məmurlar ədalətsizliyin səbəbkarıdırlar».

Deputat Azərbaycanda Konstitusiya islahatlarına ehtiyac olduğunu düşünür:

«İndi İlham Əliyevə alternativ yoxdur və biz Azərbaycan reallıqlarını nəzərə almalıyıq».
XS
SM
MD
LG