Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:58

Mətbuat Şurası yerləşdiyi binadan çıxarılır


Mətbuat Şurası, Ədalət Partiyası, Sosial Demokrat Partiyası, İşgəncələr Əleyhinə Komitə və «Assa-İrada» Agentliyinin yerləşdiyi bina Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verilir. Bu barədə Nazirlər Kabinetinin 5 fevral tarixli sərəncamında deyilir. Məlumatı «Turan»a Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizaə verib.

«Bu, qanunsuz və əsassız qərardır, bizə başqa yer təklif etmirlər. Biz bu yerin təmirinə az xərc çəkməmişik, xərclərimizi kimin ödəyəcəyi aydın deyil», - deyə o bildirib.

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov təsdiq edib ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən ona zəng edərək komitənin yerləşdiyi ünvanı boşaltmağı təklif ediblər və başqa yer verməyi vəd ediblər.

Həm Əlizadə, həm də Behbudov deyib ki, bu ilin sonuna qədər yerin icarəsi haqqında müqavilələri var və onun pozulmasına yol verməyəcəklər.

Mətbuat Şurasının və onun rəhbərinin telefonları isə cavab verməyib.
XS
SM
MD
LG