Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:39

Yeni iş yerləri üçün 1 milyard dollardan çox pul xərclənəcək


Rusiyada hökumət yeni iş yerləri açmaq üçün 1 milyard dollardan çox pul xərcləyəcək. Qlobal böhran nəticəsində Rusiyada da ixtisarlar baş alıb gedir. Prezident Dmitri Medvedev deyib ki, onlar böhrana üstün gələcəklər:

«Hər şey normal olacaq. İşləmək lazımdır. Hər kəs öz yerində, öz işininin öhdəsindən gəlməlidir».

Medvedevin dediyinə görə, yardım paketi əsasən orta bisnes və tikinti layihələri üçün nəzərdə tutulub.

Ötən şənbə günü Rusiyada kütləvi aksiyalar olub, əhali işsizliyin artmasına etirazını bildirib.

Rəsmi məlumata görə, dekbrda Rusiyada işsizlərin sayı 6 milyona yaxınlaşıb.
XS
SM
MD
LG