Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 02:06

Evo Morales narkobizneslə mübarizə üçün Rusiyadan dəstək istəyəcək


Boliviya prezidenti Evo Morales fevralın 15-i Moskvaya rəsmi səfər edir. O, Rusiya rəsmiləri ilə görüşdə energetika və narkotik maddələrlə mübarizə sahəsində əməkdaşlığı müzakirə edəcək.

Boliviya prezidenti Amerikanı narkobizneslə mübarizədə bu ölkəyə artıq kömək etməməkdə ittiham edib və deyib ki, bununla bağlı Rusiyadan dəstək almağa çalışacaq.

Gözlənilir ki, Morales kokain kollarının əkildiyi yerləri məhv etmək üçün Rusiyadan vertolyot və təyyarə almaqla bağlı da danışıqlar aparacaq.

Boliviya qeyri-qanuni narkotik maddə istehsalına görə, dünyada Kolumbiya və Perudan sonra üçüncü yeri tutur.
XS
SM
MD
LG