Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:14

Saxta MTN işçisinin cəzası azaldılıb


Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Baxşeş Ərdəşirin şikayətinə baxılıb.

Məhkəmə apellyasiya şikayətini qismən təmin edib. B.Ərdəşirin cəzası 6 ildən 4 ilə endirilib.

Qeyd edək ki, birinci instansiya məhkəməsinin qərarı ilə B.Ərdəşir 6 il müddətinə azadlıqdan məhrum edib, iş üzrə digər təqsirləndirilənlər Ağakərim Mirzəyev 3 min, Musa Mustafayev isə 1000 manat cərimə ödəməklə məhkəmə zalından azadlığa buraxılıb.

Təqsirləndirilənlər MTN-in bu ilin aprelində keçirdiyi əməliyyat nəticəsində həbs olunublar. Turan
XS
SM
MD
LG