Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:22

İslam əleyhdarı holandiyalı deputatı Londondan deportasiya elədilər


"Qurani-Kərim"i terrorçuluğu yaymaqda ittiham eləyən “Fitnə” filminin müəllifi olan sağçı Holland deputat Britanaiyaya girişdə həbs olunub.

Geert Vaylders rəsmi qadağaya baxmayaraq Britaniyaya gedəcəyini bildirmişdi. O müsəlmanların ciddi etirazlarına səbəb olan “Fitnə” filmini Britaniayda da nümayiş etdirmək istəyirdi. Amma rəsmi London ölkədəki harmoniyaya və ictimai asayişə təhlükə olduğunu əsas gətirib Vayldersi ölkəyə buraxmayacağını bildirmişdi.

Bu gün Britaniya polisi dediyini eləyib və Hitrou Hava limanından ölkəyə girmək istəyən Vayldersi saxlayıb, ifadəsini alandan sonra deportasiya eləyiblər.
Keçən il Vayldersin çəkdiyi "Fitnə" filminin nümayişindən sonra bütün dünyada yaşayan müsəlmanlar kütləvi nümayişlər keçirmişdilər.

XS
SM
MD
LG