Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:14

Mətbuat Şurası yazılı medianın monitorinqini aparacaq


«Azərbaycan yazılı mediasında etik normalara necə əməl olunur?». Azərbaycan Mətbuat Şurasının həyata keçirəcəyi yeni layihə belə adlanır.

Layihə çərçivəsində qəzet, jurnal, informasiya agentlikləri və xəbər portalları da daxil olmaqla ölkədə müntəzəm yayımlanan 60-dan artıq kütləvi informasiya vasitəsinin monitorinqinin aparılması nəzərdə tutulur.

Burada əsas diqqət məlumatlarda həqiqətə xidmət, dəqiqlik, qərəzsizlik dərəcələrinə, KİV-lərin informasiya mənbəyinə münasibətlərinə, o cümlədən şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı, balans və digər prinsiplərə riayət olunması səviyyələrinə yetiriləcək.

ABŞ səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin icra müddəti bir ildir.

XS
SM
MD
LG