Latviyada iqtisadçı və universitet professoru Dmitris Smirnovu polis iki günlüyə tutdu. Niyə? Çünki qəzetə demişdi ki, yerli pul devalvasiyaya gedir. Buna görə tutulan professor ölkə iqtisadiyyatını laxlatmaqda şübhəli sayıldı.
Çünki alimin sözlərindən sonra adamlar əllərində olan latları, yerli pulu xarici valyutaya dəyişməyə başladılar.
Cənubi Koreyada isə çox populyar bloqqeri beş illik həbs cəzası gözləyir. Səhvi odur ki, prokurorluğun dediyini yanlış verib. Buna görə beş il həbs verərlərmi? Verənlər deyirlər ki, «hə». Çünki bu səhvin üzündən yerli pul vonun məzənnəsi kəskin düşdü.
Təxminən il yarım bundan əvvəl BBC yaydığı məlumatla Britaniyanı bir-birinə vurdu. Xəbər bu idi ki, Northern Rock bankı Britaniyanın Mərkəzi Bankından təcili borc istəyir. Sonrakı gün bu banka pul qoyanlar təcili şəkildə öz vəsaitlərini geri götürməyə başladılar.
Bunlar müxtəlif ölkələrdə baş verənlərdir.
Maliyyə böhranında təkcə hökumətləri, bankirləri, borc götürüb-qaytara bilməyənləri günahlandırmırlar, tənqidə tuş gələn bir qrup da var ki, bu da mediadır.
Media xüsusilə Britaniyada güclü təzyiq altına düşüb.
Parlamentin üzvü John Pugh:
«Adamların gündəlik həyatda danışdıqları ilə axşam xəbər buraxılışlarında eşitdikləri arasında əlaqəsizlik var. Biznesin içində olanlar deyirlər ki, vəziyyət çətindir, ağırdır, ancaq medianın təqdim etdiyi kimi dramatik deyil. Bununla belə, media pis variantı deyib, üstündə duranda, vəziyyət öz-özünə pisləşir».
Bu ay Britaniyada nüfuzlu maliyyə jurnalistlərinə müraciət olunub ki, parlament üzvlərinin suallarına cavab versinlər ki, böhran dövründə media məlumatlarına məhdudiyyət qoyulmalıdırmı?
Soruşulan jurnalistlər arasında Northern Rockla bağlı məlumatı verən BBC-nin məşhurlaşmış müxbiri Robert Peston da var. Ondan soruşulub ki, bu bankın başına gələnlərdə özünü günahkar sayırmı?
Robert Peston belə cavab verib:
«Mən bu barədə çox fikirləşmişəm, cavab budur ki, «yox».
Bu sözləri Britaniyanın o biri jurnalistləri də deyirlər ki, onlar həyəcanı səsləndirməklə öz işlərini görürlər.
R.Peston deyir:
«Northern Rock bankı ona görə dağılmadı ki, adamlar öz pullarını çıxardılar, ona görə dağıldı ki, maliyyə qurumları kömək üçün pul vermədilər. Ancaq bu izahlar deyəsən, hakimiyyəti qane etmir».
Fikirlər səslənir ki, bəlkə böhran dövründə məlumat verməyə daha kəskin tənzimləmə lazımdır.
«Financial Times» qəzetinin redaktoru Lionel Barber bu ay parlamentdə dinləmədə deyib ki, mətbuatın tənzimlənməsi problemi həll etməyəcək. Baş verənlər risklərin idarə olunmasının fəlakətli iflasıdır, tənzimləmənin iflasıdır. Məsuliyyət daşıyanları axtaranda gözünüzü mətbuata tikməyin.
Şeffeld Universitetində dərs deyən keçmiş maliyyə jurnalisti Meri Kinsi isə deyir ki, əksinə, bəlkə jurnalist onda günahkardır ki, bank sistemində baş verənlərlə bağlı vaxtında həyəcan təbilini çalmayıb.