Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:01

Generalın qətli türk mediasında


«Yeni Çağ» yazır ki, Azərbaycan bu sui-qəsdə sarsılıb
«Yeni Çağ» yazır ki, Azərbaycan bu sui-qəsdə sarsılıb
Türkiyə mətbuatı Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli hadisəsinə geniş yer ayırıb.

«Zaman» qəzeti istefada olan hərbçi Üzeyir Cəfərovun açıqlamasını dərc edib. Cəfərov qətl hadisəsinin Rusiya, Ermənistan, Belorus, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın fevralın 4-də Moskvada keçirilmiş «təcili ortaq müdaxilə gücü» mövzusundakı müqavilələrindən sonradan baş verməsinə diqqəti cəlb edib.
Silahlı Qüvvələr Demokratik Nəzarət Hərəkatının rəhbəri Ələkbər Məmmədov isə R.Rzayevə sui-qəsdlə xarici əlaqələrin yox, daxili vəziyyətlə bağlı olduğunu bildirib.

«HABER 7» kanalı bu qətlin «dövlət içində haqq-hesabın nəticəsi» olduğunu iddia edir.
Kanal bildirir ki, Azərbaycan Ordusu son vaxtlar yeni silahlar alır, ordunu inkişaf etdirir.

«Yeni Şafak» qəzetində İbrahim Karagül bu sui-qəsdin Türkiyənin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdığı bir vaxtda olduğuna diqqəti çəkir. Prezident Abdulla Gülün Moskva səfəri ərəfəsində baş verdiyini də vurğulayır.
Bundan başqa qətlin Ermənistan təhlükəsizlik xidmətinin işi ola biləcəyinə də işarə edir.
Qəzet onu da yazır ki, Rail Rzayev 2008-ci ilin martında Azərbaycan Ordusu ilə Türkiyə Hərbi Hava Qüvvələrinin ilə aparılan birgə işdə Amerikaya üz tutan komandan olub.

«Yeni Çağ» yazır ki, Azərbaycan bu sui-qəsdə sarsılıb.

«Hurriyet» qəzeti isə iddia edir ki, bu qəsd intiqamın, yəni ailəiçi hesablaşmanın nəticəsi də ola bilər. Əgər belə deyilsə, çox böyük bağlantılara gedib çıxan dərin bir sui-qəsd ehtimalını artırır. Qəzet yazır ki, bu qəsd generalın izləndiyini göstərir. Hadisə Qarabağ danışıqlarına isə təsirsiz ötüşməyəcək.

«Milliyet» Rzayevin İlham Əliyevlə yaxın olduğunu, qida sektorunda qeyri-rəsmi fəaliyyət göstərdiyini, cinayətin bununla bağlı ola biləcəyinə də diqqəti çəkir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG