Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:54

«Gün ərzində Təcili Yardım Stansiyasına 1500-ə yaxın çağırış olur»


Rauf Nağıyev
Rauf Nağıyev
«Gün ərzində Təcili Yardım Stansiyasına 1500-ə yaxın çağırış olur».

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev «Azadlıq» radiosunun «Can Bakı» proqramına belə deyir.

Onun sözlərinə görə, Təcili Yardım Xidməti 20 yardımçı stansiyadan, 19 filialdan və Bakının 11 rayonunu əhatə edən xidmətdən ibarətdir. Stansiyada təqribən 2007-dən çox əməkdaş çalışır:

«Gün ərzində orta hesabla 135 sanitar maşın əhaliyə xidmət göstərir. Son 2 ildə Təcili Yardım Xidmətində köklü dəyişikliklər aparılıb. Yüksək keyfiyyətli, Avropa standartlarına uyğun sanitar maşınlar xəttə buraxılıb, bu maşınlar yeni cihaz və ləvazimatlarla təchiz edilib. 110 çeşiddə dərman preparatları ilə təmin olunub. Bu yaxınlarda Mərkəzi Dispetçer Xidməti də fəaliyyətə başlayıb. Bütün telefon çağırışları kompyuter vasitəsilə yerinə yetirilir».

R.Nağıyevin sözlərinə görə, təcili yardım maşını çağırışı alandan 15 dəqiqə sonra mənzil başında olmalıdır. Lakin yollardakı tıxaclar ucbatından bəzən gecikirlər:

«135 sanitar maşını günün pik saatlarında, yəni tıxaclar vaxtı şəhər üzrə müxtəlif yerlərdə yerləşdirilir. Bu maşınlara monitor üzrə nəzarət olunur. Çağırışlar Mərkəzi Dispetcer Xidməti tərəfindən radio-rabitə vasitəsilə maşınlara ötürülür. Çağırış gəlmiş ünvana daha tez çatmaq üçün bu üsuldan istifadə edirik».

R.Nağıyev onu da deyir ki, onların işi qış və yay aylarında daha çox olur. Payız və yaz aylarında isə müraciətlərin sayı nisbətən azalır. Stansiyaya müraciət edən insanlar əsasən oynaq, sinir sistemi və hipertoniyadan şikayət edirlər.

Buna da bax:

XS
SM
MD
LG