Keçid linkləri

Təcili xəbərlər
2023, 05 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Azərbaycan FİFA-nın reytinqində geriləyib


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə iki pillə geriləyən Azərbaycan millisi 213 xalla 136-cı pillədə qərarlaşıb.

Yığmanın Dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən ən yaxşı nəticə Almaniyaya məxsusudur - 2-ci pillə.

Rusiya 1119 xalla 9-cu, Finlandiya 523 xalla 61-ci, Uels 503 xalla 65-ci, Lixtenşteyn isə 147 xalla 151-ci pillələrdə qərarlaşıb.
XS
SM
MD
LG