Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:41

Arif Hacılı: «Bizi qeydə alacaqlar»


Arif Hacılı: «Ümumi ab-havadan və MSK-nın davranışından belə başa düşürəm ki, qeydə alınacağıq»
Arif Hacılı: «Ümumi ab-havadan və MSK-nın davranışından belə başa düşürəm ki, qeydə alınacağıq»
Müsavat Partiyasının yaratdığı «Respublikaçılar» təşviqat qrupu Mərkəzi Seçki Komissiyasına dəvət edilib. Bu haqda «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramına Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, partiyanın səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı MSK-ya qurumun rəyi ilə tanış olmaq üçün çağırılıb. Ona bildirilib ki, imzaların yoxlanması artıq başa çatıb. Arif Hacılı isə bunun qanunazidd olduğunu deyir:

«Seçki Məcəlləsində göstərilib ki, imzaların yoxlanması başlayan kimi səlahiyyətli nümayəndəmiz məlumatlandırılmalı, o da yoxlamada iştirak etməliydi. Amma bir neçə dəfə sorğu versək də, bizi dəvət etməyiblər. İndisə bizi rəylə tanış olmağa çağırırlar».

MSK-nın məlumata əsasən, «Respublikaçılar», «Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşəbbüs qruplarının topladığı imzalar qeydə alınmaq üçün yetərli sayılıb.

«MSK-dan bizi imzaların yoxlanmasına çağırmayıblar. Bu cür davranışın müqabilində təşviqat qrupunun qeydə alınacağını gözləmək olar. Əgər təşviqat qrupunun qeydə alınmaması üçün əsas vardısa, əvvəlcədən bizə xəbərdarlıq edilməliydi».

Arif Hacılının qənaətincə, hər şey siyasi qərardan asılı olacaq. «Amma ümumi ab-havadan və MSK-nın davranışından belə başa düşürəm ki, qeydə alınacağıq».

«Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı» təşəbbüs qruplarının qeydə alınması fevralın 11-də MSK-nın iclasında elan olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG