Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 17:40

Aygün Kazımova yeni evə qarderobunu köçürəcək


Yeni evdən Aygün Kazımova qarderobunu saxlamaq üçün istifadə edəcək
Prezident İlham Əliyev müğənni Aygün Kazımovaya üç otaqlı ev verib.

Müğənni özü «Azadlıq» radiosuna müsahibəsində deyib ki, xəbər onu çox sevindirib. Çünki prezident hədiyyəsi onun bir sıra şəxsi problemlərini həll edəcək:

«Bəlkə qıraqdan hər şey gözəl görünə bilər. Amma mənim də açıqlamadığım çətinliklərim var».

Yeni evdən Aygün Kazımova qarderobunu saxlamaq üçün istifadə edəcək:

«Birinci dəfədir sizə deyirəm, indiyədək konsert paltarlarımı, qarderobumu anbarda saxlayırdım. İndi onları, avadanlığımı ora köçürəcəm».

Ayğün Kazımova artıq dost-tanışını başına yığıb hələ açarını almadığı, ünvanını bilmədiyi evin şərəfinə məclis qurmağa hazırlaşır:

«Bilmirəm ev harda yerləşir. Onu bilirəm ki, bütün dostlarımı başıma yığıb bu sevincimi onlarla bölüşəcəm».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG