Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Medvedev: «Rusiya özünün çətin ilinə qədəm qoyub»


Prezident Dmitri Medvedev xəbərdarlıq edib ki, Rusiya özünün çətin ilinə qədəm qoyub. Onun bildirdiyinə görə, iqtisadiyyatın 2010-cu ildən tez dirçəlməsi də gözlənilmir.

Prezident həmçinin deyib ki, ölkənin 224 milyard dollarlıq ehtiyat fondu var. Bu fond sosial xərclərin indiki qaydada ödənilməsinə təminat verir.

Son on ildə özünün ən kəskin maliyyə böhranını yaşayan Rusiya iqtisadiyyatını neftin qiymətinin aşağı düşməsi daha çətin vəziyyətə salıb.
XS
SM
MD
LG