Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 09:19

Ukrayna Rusiyadan 5 milyard dollar borc istəyib


Ukrayna dövlət xərclərinin ödənməsindən ötrü təcili Rusiyadan 5 milyard dollar borc istəyib. Bu barədə Baş nazir Yuliya Timoşenko məlumat verib.

Onun rəqibi olan prezident Viktor Yuşşenko isə xəbərdar edib ki, Rusiyanın verdiyi borc Kiyevin Moskvadan təhlükəli maliyyə asılılığını artıra bilər.

Hazırda Ukrayna hökuməti gəlirlərin azalması, eyni zamanda enerji qiymətinin və sosial xərclərin artması problemləri ilə üz-üzədir.
XS
SM
MD
LG