Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:06

Naxçıvana muxtariyyət verilməsindən 85 il keçir


Naxçıvanda xalq qəhrəmanı Babəkin abidəsi
2009-cu il fevral 9-da Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 85 ili tamam olur.

MR Ali Məclisi yubileylə əlaqədar olaraq il boyu keçiriləcək tədbirlər planı hazırlayıb. Fevralın 8-də Naxçıvan şəhər «Təbriz» otelində dövlət təşkilatlarının, həmçinin siyasi partiya təmsilçilərinin də qatıldığı tədbir keçirilib.

1921-ci ildə Rusiya və Türkiyə hökumətləri arasında imzalanan Qars müqaviləsi Naxçıvanının muxtariyyətinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Müqaviləyə müddət məhdudiyyətinin qoyulmaması Naxçıvanın gələcək taleyində əhəmiyyətli rol oynayıb.

Naxçıvana muxtariyyət statusu 1924-cü il fevralın 9-da verilib.

Prezident İlham Əliyev Muxtar Respublikanın yaradılmasının 85 illik yubileyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.

Şərhlər (4)

Bu forum dayandırılıb

Günün bütün mövzuları

XS
SM
MD
LG