Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 12:47

Xatəmi prezident seçkisində iştirak edəcək

İranın keçmiş prezidenti Məhəmməd Xatəmi prezident seçkisində iştirak edəcək. Bu barədə o özü açıqlama verib:

«Mən burda elan edirəm ki, seçkidə namizəd kimi ciddi iştirak edəcəyəm».

Məhəmməd Xatəmi 1997-ci ildən 2005-ci ilə qədər İranın prezidenti olub.

Qərblə münasibətlərin yumşaldılmasının tərəfdarı kimi tanınır. İranda seçki iyunda olmalıdır.

İndiki prezident Mahmud Əhmədinejad da yenidən seçilmək niyyətindədir.
XS
SM
MD
LG