Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 01:09

Avropa Birliyi «üçlüyü» yenidən Bakıdadır


Avropa Birliyi (AB) "üçlüyü"nün nümayəndə heyəti Bakıda səfərdədir. Nümayəndə heyətinə Avstriya Xarici İşlər Nazirliyində dövlət naziri Hans Vinkler, AB Xarici Əlaqələr Komissiyasının Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya idarəsinin rəisi Kurt Yul, Avropa Komissiyasının Gürcüstan və Ermənistan üzrə missiyasının rəhbəri Torben Holtse və AB Baş Şurasının zabiti Paolo Barosso daxildir. Bu dəfə "üçlük"lə birlikdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də Bakıya gəlib.

"Üçlük" Bakıda rəsmilərlə "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində Fəaliyyət Planı üzrə Azərbaycan-Avropa Birliyi danışıqlarının növbəti mərhələsinə hazırlığı müzakirə edəcək.


XS
SM
MD
LG