Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Co Bayden: «Biz bütün məsələlərdə Rusiyayla razılaşa bilmərik»


Vitse-prezident Co Bayden Münhendə təhlükəsizlik konfransında çıxış edir
Vitse-prezident Co Bayden Münhendə təhlükəsizlik konfransında çıxış edir
Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenin Rusiya baş nazirinin müavini Sergey İvanov və Gürcüstan prezidenti Mixail Saakaşviliylə ayrıca görüşü gözlənilir.

Görüş Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutmalıdır.

Co Bayden konfransda çıxış edərkən deyib ki, Amerika Rusiya münasibətlərin təhlükəli səmtə getməsinin qarşısını almalı və mümkün sahələrdə əməkdaşlıq etməlidir.

Amma Co Bayden qeyd edib ki, Birləşmiş Ştatlar Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımayacaq.

«Biz bütün məsələlərdə Rusiyayla razılaşa bilmərik. Məsələn, Birləşmiş Ştatlar Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımayacaq.

Biz hər hansı bir ölkənin təsir dairəsində olmasını qəbul etmirik və hesab edirik ki, suveren dövlətin müstəqil qərar vermək və müttəfiqlərini seçmək hüququ olmalıdır»-, deyə Co Bayden bildirib.

İran məsələsinə gəldikdə isə Co Bayden deyib ki, Obama hökuməti Tehranla danışıqlara hazırdır, amma İran nüvə proqramı və terrorçuluğu himayə etməkdən əl çəkməsə ona təzyiqlər davam etdiriləcək.

Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenlə NATO-nun baş katibi Yap de Hoop Sxeffer avropalı müttəfiqlərini Əfqanıstanda talibançılarla mübarizəyə daha çox qüvvə göndərməyə çağırıblar.

NATO-nun baş katibi Yap de Hoop Sxeffer Münhen konfransında çıxış edərkən deyib ki, Birləşmiş Ştatlar Əfqanıstana əlavə 30 min qüvvə göndərməyi planlaşdırdığı halda avropalı müttəfiqlər bu sahədə elə bir yeni öhdəlik götürməyiblər.

Co Bayden isə deyib ki, Əfqanıstan-Pakistan regionunda vəziyyətin pisləşməsi beynəlxalq təhlükəsizliyi əngəlləyir.

O Avropanı Əfqanıstanın inkişafı və terrorçularla mübarizəyə kömək etməyə çağırıb.

Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Nikola Sarkozi konfransda çıxış edərkən Əfqanıstana əlavə qüvvə göndərilməsindən danışmayıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG