Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:50

Bayden: «Obama hökuməti dünyaya yeni ab-hava gətirəcək»


Cozef Bayden
Obama administrasiyası Amerikayla dünyanın münasibətlərinə yeni ab-hava gətirmək niyyətindədir, amma o, öz müttəfiqlərindən daha çox şey tələb edəcək.

ABŞ-ın vitse-prezidenti Cozef Bayden Münhendə, beynəlxalq təhlükəsizlik konfransında belə deyib.

«Amerika daha çox şey edəcək, amma öz tərəfdaşlarından da daha çox şey tələb edəcək. Amerikanın dünyaya ehtiyacı var, necə ki, zənnimcə, dünyanın da Amerikaya ehtiyacı var».

C.Bayden deyib ki, ABŞ İranla dialoq aparmaq niyyətindədir:

«Biz İranla danışıqlar aparmaq və ona seçim təklif etmək istəyirik: öz kursunuzu davam etdirsəniz, təzyiq və təcridlə üzləşəcəksiniz. Nüvə proqramınızı və terrorizmə dəstəyi dayandırsanız, onda mühüm mükafat alacaqsınız».

C.Bayden bildirib ki, Amerika Avropada Raket Əleyhinə Müdafiə (RƏM) sistemini qurmaqda davam edəcək, amma əvvəlcə Rusiya ilə məsləhətləşəcək.
XS
SM
MD
LG