Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:14

NATO-ya üzvlüyə alternativ


Gürcüstanda etiraz aksiyasında NATO bayrağı dalğalanır. Tbilisi. 1 sentyabr 2008
Gürcüstanda etiraz aksiyasında NATO bayrağı dalğalanır. Tbilisi. 1 sentyabr 2008
NATO rəhbərliyi nə deyir desin, Gürcüstanla Ukraynanın alyansa üzvlüyü real deyil. Səbəb tək Fransa, Almaniya kimilərinin Buş administrasiyasına qarşı münasibəti deyil, burda həm də dərin struktur problemləri var.

«Herald Tribune» belə yazır və struktur problemlərini belə izah edir: birincisi, üzv olmaq istəyənlərə ən çox mane olan onların daxili vəziyyətidir. Avqustda Rusiyayla Gürcüstanın münaqişəsi çox şeyi göstərdi. Buş administrasiyasının xəbərdarlıqlarına baxmayaraq Gürcüstan prezidenti Mixail Saakaşvili ehtiyatsızlıq etdi və göstərdi ki, köhnə münaqişənin olduğu ölkədə rəhbərliyin bir səhvi NATO-ya baha başa gələ bilər, onu istəmədiyi müharibəyə sürükləyər.

Ukraynada isə əhalinin az qala yarısı NATO-ya üzvlüyün əleyhinədir. Rəhbərlik bu istiqamətdə zorla hərəkət etsə, parçalanma olar, bu da ölkənin NATO-ya inteqrasiyasına imkan verməz.

İkincisi, Avropada müharibədən qorxurlar. Siyasi iradə yoxdursa, NATO üzvü olan ölkəni necə qoruya bilər? Bu isə təşkilat üçün ən pis ssenari olar. Müəllifin diliylə desək, NATO kağız pələng kimi qalar, əhəmiyyətini, ona olan etimadı itirə bilər.

Üçüncüsü, Rusiyayla Qərbin münasibətləri «soyuq müharibə» dövründən bəri ən pis hal alıb. NATO-nun genişlənməsi, silahlara nəzarətlə bağlı müqavilənin pozulması, Amerikanın Avropada raketdən müdafiə sistemi planı, Qərbin bəzi məsələləri Rusiyayla məsləhətləşmədən həll etməsi, yəni Rusiyayala böyük qüvvə kimi hesablaşmaması Moskvanı qəzəbləndirib.

«Herald Tribune» yazır ki, Gürcüstan və Ukrayna NATO-nun da, Avropa Birliyinin də yardımına layiqdir və yardım alacaq. Amma Gürcüstan və Ukrayna həm də Qərbin Rusiya siyasətinin vacib hissəsidir. Obama administrasiyası bu münasibətləri düzəldəcəyini vəd edib, Avropa da bunu səbirsizliklə gözləyir. Müəllif hesab edir ki, Gürcüstan və Ukraynanın problemlərinin həlli üçün ən vacib olan Rusiyayla Qərbin dialoqudur. Bu ideyanı Rusiya Fransa prezidentləri-Dmitri Medvedev və Nikola Sarkozi bəyənib.

İkincisi, Avropada Silahlı Qüvvələr Barədə Müqaviləni təzələmək, bununla da həm Gürcüstan, həm də Ukraynanın təhlükəsizliyi məsələsini gündəmə gətirmək olar. Müqavilə xarici qüvvələrin limitinin artırılması, avadanlığın ləğvi, yoxlamalar, xarici qüvvələrin yerləşdirilməsi qaydalarını nəzərdə tutur. Düzdür, Rusiya müqavilədən çıxıb, amma sənədin yenilənməsinin həm Gürcüstan və Ukraynanın təhlükəsizliyi, həm də Qərblə Rusiya münasibətləri baxımından müsbət nəticəsi olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG