Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

«Rusiyanın «NATO»su kağız üzərində qalacaq»


MDB-nin həyata keçməmiş və sənəd üzərində qalmış bir cox qərarları olub, sonuncunun da bu aqibəti yaşayacağı gözlənilir
MDB-nin həyata keçməmiş və sənəd üzərində qalmış bir cox qərarları olub, sonuncunun da bu aqibəti yaşayacağı gözlənilir
«Azadlıq»: «Rusiyanın «NATO»su kağız üzərində qalacaq»

Bu haqda Rauf Mirqədirov «Azadlıq» qəzetinin suallarını cavablandırıb. O bildirib ki, əgər Rusiya iqtisadiyyatı maliyə böhranına tab gətirə bilərsə, Kollektiv Təhlukəsizlik Təşkilatının hər hansı bir perespektivi ola bilər.

İqtisadi böhranın öhdəsindən gələ bilməsə, Rusiya öz gücünə görə, NATO-ya bərəbər olacaq hər hansı hərbi bloku yaradıb, onu maliyyələşdirə bilməyəcək. İki gün əvvəl Moskvada yeddi MDB dövlətinin iştirakı ilə hərbi sazişin imzalanması artıq geniş müzakirələrə səbəb olub. Bir cox ekspertlər hesab edir ki, NATO-ya alternativ kimi nəzərdə tutulan bu saziş yaxın müddətdə kağız üzərində qalacaq.

Çünki bu vaxta qədər MDB-nin həyata keçməmiş və sənəd üzərində qalmış bir cox qərarları olub, sonuncunun da bu aqibəti yaşayacağı gözlənilir. Rusiya iqtisadiyyatı maliyyə böhranına tab gətirə bilırsə, Kollektiv Təhlükəsizlik Təşkilatının hər hansı bir perspektivi ola bilər. Burada iki əsas məqsəd var. Hər iki məqsədi Rusiya rəsimləri açıq şəkildə bəyan edirlər. Bunlardan biri NATO-nun Şərqə genişlənməsinin, ilk növbədə ABŞ-ın MDB məkanında təsirinin artmasının qarşısını almaqdır. İkincisi, məqsəd MDB məkanındakı enerji resursları, onların Avropa bazarlarına ixrac marşrutları üzərində nəzarəti qüvvətləndirməkdir.

«Yeni Müsavat»: «Sahil» bağı qazılsa, çox şey məlum olar»

Bu barədə Cəmil Həsənli «Yeni Müsavat» qəzetinə deyib ki, Şaumyanla bağlı son sənəd 1992-ci ildə «Xalq qəzet»ində dərc olunub.

Sənədin tam mətni belədir: «Cənab Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik nümayəndəsi! Bizim nümayəndəmiz bu il fevralın 26-da 894 nömrəli məktubla hökumətin başçısına aşağıdakıları bildirir: Tiflis radiostansiyası Həştərxandan Sokolovun adına göndərilən bir məlumat qeydə alıb. Teleqram hərbi əsirlərin dəyişdirilməsi ilə bağlıdır. Teleqramda göstərilib ki, müttəfiqlər missiyasının həbs olunmuş nümayəndəsi ilə Stepan Şaumyan və digər hərbi əsirlərin dəyişdirilməsi məsələsi müzakirə olunub».

Teleqram bu sözlərlə bitir: «Tezliklə Bakıda görüşənə qədər».

Professor Cəmil Həsənli onu da bildirir ki, «26-lar»ın cəsədinin dəfni 1920-ci ildə Şərq Xalqlarının Qurultayı ərəfəsində bolşevik İvan Qandyurinə tapşırılıbmış. Onların cəsədlərinin dəfni siyasi təbliğata hesablanmış addım idi:

«Digər tərəfdən, dəfn prosesi lentə alınıb. Ona görə də orada 23 nəfərin dəfn edildiyini söyləmək olmaz. Ən pis halda orada 26 tabut olmalıdır. Həmin mərasimdə Şaumyanın tabutunun başı üzərində onun portretini tutan bir nəfər də dayanmışdı. Hər üç komissarın cəsədinin olmaması haqda qəti qərar vermək mümkün deyil. Məlumatlarda da müəyyən uyğunsuzluqlar var».

C.Həsənli cəsədi tapılmayan üç nəfərin ayrıca dəfnini də istisna etmir:

«Məsələ ilə bağlı ciddi araşdırmaya ehtiyac var. «Sahil» bağı qazılsa, çox şey məlum olar».

Tarixçi-alim sonda Şaumyanın cəsədinin «26-lar»la birgə basdırılıb-basdırılmamasının heç nəyi dəyişmədiyini söyləyir.

«Bizim Yol»: «ABŞ müsəlman aləmi ilə əlaqələri sözlə yaxınlaşdıra bilməz»
Amerika Azərbaycanın demokratiyaya qısa vaxtda uygunlaşması ücün əlindən gələni etməlidir. Bu haqda Vəfa Quluzadə «Bizim Yol»a aciqlamısında bildirib.

ABŞ-ın Bakıdakı səfiri Enn Dersi təmsil etdiyi ölkənin yeni prezidenti Barak Obamanın müsəlman dünyası ilə qurmaq istədiyi münasibətlərə dair açıqlama verib. Prezident Barak Obamanın andiçmə mərasimindəki çıxışına istindən yayılan açıqlamada Enn Dersi müsəlman dünyası ilə baglı siyasətlərinin gələcək perspektivləri ilə baglı fikirlərini açıqlayib.

Azərbaycanla ABŞ arasındakı strateji əməkdaşlığını ölkəmiz ücün faydalı olmasını arzulayan V.Quluzadə bunun Azərbaycanın təhlükəsizliyi ücün böyuk önəm daşıdığını deyir.

Demokratiya və insan haqları sahəsində münasibətlərə gəlincə, V.Quluzadə deyir ki, bu sahədə Azərbaycanla ABŞ arasında uçurum var:

«ABŞ dünyanın ən qabaqcıl dövlətidir. Azəraycan isə demokratiyaya yeni qədəm qoyan ölkədir».

«Yeni Azərbaycan»: Bakıda Parlamentlərin Korrusiya Əleyhinə Qlobal Təşkilatının Cənubi Qafqaz üzrə şəbəkəsi yaradılıb.

Bu haqda Əli Hüseynov oz fikirləini «Yeni Azərbaycan» qəzetinə bildirib.

Ə.Həsənovun sözlərinə görə, məsələ ilə baglı Gürcüstan parlamentinin üzvlərinin ıştirakı ilə Bakıda Korrupsiyaya Qarşı Cənubi Qafqaz Parlamentinin Şəbəkəsi təsis edilib. Bu təşkilatın qeydiyyatdan keçməsi üçün sənədlər yaxın zamanlarda Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Milli Məclisin komissiya sədrinin fikrincə, əməkdaşlıq Avropa Şurası və digər müvafiq beynəlxalq qurumlarla aparılacaq.
XS
SM
MD
LG