Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:34

Bələdiyyə torpaqlarının hərracla satışı mexanizmi hazırlanıb


Qərib Məmmədov
Qərib Məmmədov
Bələdiyyə torpaqlarının hərracla satışı mexanizmi hazırlanıb. Bundan sonra torpaqları beş nəfərdən ibarət hərrac komissiyası satacaq. Komissiyaya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bələdiyyə təmsilçiləri ilə yanaşı, ictimaiyyət nümayəndəsi də daxil edilir. Hərracdan əldə edilən vəsait bələdiyyələrin hesabına köçürüləcək.

Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov fevralın 6-da keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, indiyədək bələdiyyə torpaqlarının hərracla satışı nəzərdə tutulsa da, bələdiyyələr torpaqları birbaşa satıblar. Buna görə də torpaqlar əsasən imkanlı adamların əlində cəmləşib.

Komitə sədri deyir ki, hazırda Azərbaycanda hər adama 0.18 hektar torpaq düşür. Ölkədə 3.7 milyon hektar yararsız və şərti yararsız torpaqlar var. Bunun 30 min hektarı neftlə çirklənmiş torpaqlardır. Əsas yararsız torpaqlar isə şoranlaşmış torpaqlardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG