Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:14

Uzun illərdir axtarışda olan nasistin ölüm xəbəri yayılıb


Almaniyanın ZDF telekanalı uzun illərdir axtarışda olan nasist Aribert Haymın ölüm xəbərini yayıb. Nasistin 1992-ci ildə Kairdə uzun sürən xəstəlikdən vəfat etdiyi deyilir.

Haym İkinci Dünya müharibəsi illərində yüzlərlə insanın ölümündə günahlandırılırdı. Avstriya ərazisindəki Mauthauzen həbs düşərgəsində işləyən Haym yüzlərlə insanın üzərində vəhşicəsinə tibbi eksperimentlər aparırdı ki, bu da onların ölümü ilə nəticələnirdi.

Aribert Haymın adı Amerikanın bəzi hüquq müdafiə təşkilatlarının ən çox axtarılan nasist siyahısına da salınmışdı.
XS
SM
MD
LG