Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Silah məsələsi ATƏT-də qaldırılacaq


Azərbaycan Rusiyanın Ermənistana silah verməsi məsələsini ATƏT-də qaldıracaq. ATƏT-in Parlament Assambleyasının qış iclası fevralın sonunda Vyanada keçiriləcək.

Azərbaycanı bu sessiyada təmsil edəcək nümayəndə heyətinin üzvü Azay Quliyev BBC-nin Bakı bürosuna deyib ki, iclasda Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah verməsi iddiası ilə bağlı məsələ qaldırmaq niyyətindədirlər.

Onun dediyinə görə, Azərbaycan bu məsələni araşdırmaq üçün xüsusi ATƏT məruzəçisinin təyin edilməsini tələb edəcək.

Rusiya Ermənistana silah verməsi barədə iddiaları qətiyyətlə inkar edir.

Azərbaycan parlamenti isə məsələni araşdırmaq üçün Moskvaya xüsusi deputat missiyası göndərmək qərarına gəlib.
XS
SM
MD
LG