Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 16:36

Çinlilər yoxa çıxıblar


«Bulvarda kimi işə götürmək podratçı şirkətlərin səlahiyyətindədir»
«Bulvarda kimi işə götürmək podratçı şirkətlərin səlahiyyətindədir»
Bakı bulvarını təmir edən yüzlərlə çinli iki gündür ki, işə çıxmır. Onlarla bərabər işləyən yerli işçilər «Azadlıq» radiosuna deyiblər ki, iki gün qabaq Miqrasiya Xidmətindən gəlib çinlilərə xəbərdarlıq ediblər, onlar da işə gəlmirlər.

Çinlilər yerli işçilərdən az əməkhaqqı alırlar, amma sahibkar onları işlətmək üçün dövlətə rüsum keçirməlidir.

«Azadlıq» radiosu bir müddət əvvəl bu barədə reportaj hazırlamışdı.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev «Azadlıq» radiosuna deyib ki, çinlilər təkcə bulvardan yox, bütün Bakıdan yoxa çıxıblar.

O, ehtimal edir ki, çinliləri indi Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyatı İdarəsinin Miqrasiya Xidmətində saxlayırlar.

Ə.Əliyev deyir ki, həmin quruma bununla bağlı sorğu veriblər, hələ ki, cavab gəlməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, Çin vətəndaşlarının nazirliyə gətirilməsi barədə onda məlumat yoxdur.

Dövlət Miqrasiya Xidmətindən telefonlarımıza cavab verən olmadı.

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə «Azadlıq» radiosuna deyib ki, bulvarda kimi işə götürmək podratçı şirkətlərin səlahiyyətindədir.

«Azadlıq» radiosu bulvarı təmir edən podratçı şirkətlərin adlarını öyrənmək üçün Bakı Bulvar İdarəsinə 10 gündən çoxdur ki, sorğu göndərib, amma cavab almayıb.
XS
SM
MD
LG