Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:04

İlqar Məmmədov: «Azərbaycan Avropa ilə əks istiqamətə yönəlib»


İlqar Məmmədov
İlqar Məmmədov
«Səməd Seyidov Avropa Şurası ilə münasibətlərə yenidən baxacağıq deyəndə Azərbaycanın bu qurumdan çıxmasını nəzərdə tutmayıb».

Bunu «Azadlıq» radiosunun «İşdən sonra» proqramında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, deputat Rəfael Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycana beynəlxalq qurumlardan yönələn tənqidlərin əsası yoxdur. Hüseynov hesab edir ki, Azərbaycandakı demokratik inkişafı Avropa Şurasının rəhbərliyi də görür. Sadəcə bəzi şəxslər əsassız tənqidlər söyləyir.

«İşdən sonra» verilişinin studiyadakı qonağı, «ReAl» (Respublikaçı Alternativ) İctimai Birliyinin həmtəsisçisi İlqar Məmmədovsa hesab edir ki, Azərbaycan artıq Avropa ilə əks istiqamətə yönəlib:

«Bütün Avropa ölkələri prezidentlik müddətinə məhdudiyyət qoymaq yolunu tutduğu halda, Azərbaycan bu məhdudiyyəti aradan qaldırır».

Rafael Hüseynov
İ.Məmmədov hesab edir ki, prezidentə şikayət etdiyi üçün insanların həbsə və psixiatrik klinikalara atılması kimi halların baş verdiyi Azərbaycanın Avropa standartlarına yaxınlaşdığını iddia etməsi təəccüblüdür.

Rəfael Hüseynovsa Azərbaycanın bir çox hallarda, məsələn, elə ölkə başçısı seçilmək müddəti ilə bağlı məhdudiyyətin götürülməsi ilə hətta Avropadan da daha demokratik təcrübə ortaya qoyduğunu dedi.

Deputat bildirir ki, onun seçildiyi Kürdəmir-Hacıqabul dairəsində insanlar Konstitusiyanın 29 maddəsinə 40-dan artıq dəyişiklik və əlavəni anlayır və 101-ci maddəyə edilən düzəlişi, yəni prezidentin iki dəfədən artıq seçilməsinə imkan verilməsini dəstəkləyir.

Qızğın mübahisə şəklində gedən diskussiyanın hər iki iştirakçısı yalnız bir məsələdə eyni fikri bildirdilər:

«Azərbaycanın Avropaya inteqrasiyadan başqa yolu yoxdur».

Buna da bax:

XS
SM
MD
LG