Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:15

Fuad Ağayev: «Konstitusiyaya işinə görə, ən uzağı «2» verərəm»


Fuad Ağayev
Fuad Ağayev
«Konstitusiyaya işinə görə, ən uzağı «2» verərəm».

«Azadlıq» radiosunun «İşdən sonra» proqramında Azərbaycan Konstitusiyasının rolu haqda danışarkən hüquqşünas Fuad Ağayev ali qanuna belə qiymət verib.

O deyir ki, Konstitusiyanın normalarının təminatı ilə məşğul olan bir orqan görmür:

«Tək mən yox, heç kim. Konstitusiya Məhkəməsi bu funksiyanı məlumdur ki, hansı şəkildə həyata keçirir. Amma bədbinlik üçün əsas yoxdur. Həyata ölmək üçün gəlməmişik, yaşamaq üçün gəlmişik. Vətəndaşları bu baxımdan mümkün qədər çox maarifləndirmək lazımdır. Hətta bəzi siyasi partiyaların liderlərini də. Onlara izah etməliyik ki, hüquqi müdafiə vasitələrindən imtina bir şey vermir. Əksinə, beynəlxalq səviyyəyə çıxış ciddi nəticələr verir. Nümunə kimi, Sərdar Cəlaloğlunun Azərbaycan dövlətinə qarşı işinin Avropa İnsan Haqları Məhkəməsində qazanılmasını gətirmək olar».

İntiqam Əliyev
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevsə deyir ki, Azərbaycan Konstitusiyasındakı hüquqlar təmin olunmur:

«Konstitusiya kağız parçasıdır. Elə əsl qiyməti budur. Lakin heç istəməzdim ki, insanlar vəziyyətin ümidsiz olduğu qənaətinə gəlsinlər. Biz bədbin deyilik. Əgər belə olsaydı, onda nə vəkilliklə məşğul olardıq, nə ərziə yazardıq, nə də bu gün burada çıxış edə bilərdim. Düşünürəm ki, haqqı pozulan siyasətçilər tərəfdaşlarını qanuni yollarla mübarizəyə çağırmalıdırlar. Lakin o, «dubinka» yeməyə hazırdır, amma dəyənək nəticəsində dəyən ziyanla bağlı polisə qarşı iddia qaldırmaq istəmir. Tədbirlərdə də deyirlər ki, «bunun mənası yoxdur». Biz bu düşüncədən imtina etməliyik».

Buna da bax:

XS
SM
MD
LG