Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 14:32

Nazir Antarktida səfərinə 200 min manatdan çox pul xərcləyib


Ekspedisiyanın üzvləri zirvəyə Azərbaycan bayrağını sancıblar
Ekspedisiyanın üzvləri zirvəyə Azərbaycan bayrağını sancıblar
Azərbaycanın iki nəfərlik ekspedisiya qrupunun Antarktidaya səfəri 200-250 min manata başa gəlib.
Bu haqda ekspedisiyada iştirak edən Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov məlumat verib. Nazir deyib ki, məbləğin böyük hissəsini Qərb Universiteti, bir hissəsini də şəxsən özü ödəyib.

Ekspedisiyada 60 dərəcəyə dözümlü olan yataqlardan, xüsusi paltarlardan, 50 dərəcəyə qədər dözümlü, qaz tükündən hazırlanmış gödəkçələrdən istifadə ediblər.

Nazir deyib ki, ekspedisiyada iki nəfər – özü və Hava və Ekstremal İdman növləri Federasiyasının əməkdaşı Tərlan Ramazanov iştirak ediblər.

Bu ekspedisiyanın üzvləri qitənin ən yüksək zirvəsini - Vinson dağını (5140 metr) fəth ediblər. Onlar zirvəyə Azərbaycan bayrağını sancıblar, üzərində mərhum prezident Heydər Əliyevin şəkli olan və «Mən fəxr edirəm ki, azərbaycanlıyam» sözləri, o biri üzündə isə Azərbaycan prezidenti İlham Əliyevin şəkli və «Azərbaycan, İlhamla irəli!» sözləri yazılmış bürünc lövhə bərkidiblər.
XS
SM
MD
LG