Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:34

«Hakimiyyət camaatın evini yıxmağı planlaşdırır»


«Yeni Müsavat»: «Hakimiyyət mənzil bazarını dirçəltməyə çalışır»
«Yeni Müsavat»: «Hakimiyyət mənzil bazarını dirçəltməyə çalışır»
«Azadlıq» qəzeti yazır ki, «maliyyə böhranı ilə əlaqədar Azərbaycan hakimiyyəti müəyyən addımlar atmaq məcburiyyətində qalıb. Xüsusilə də maliyyə böhranı səbəbindən mənzil bazarının çökməsi hakimiyyəti hərəkətə gətirib».

Qəzetin əldə etdiyi məlumatlara görə, Heydər Əliyev sarayının arxasında qış bulvarının tikilməsi məsələsinin aktuallaşması elə bununla bağlıdır. Doğrudur, qış bulvarının tikilməsi hələ bir müddət əvvəl planlaşdırılırdı. Lakin məlumatlı mənbənin sözlərinə görə, layihənin icrasına məhz indi başlanılması maliyyə böhranı ilə bağlıdır: «Hakimiyyət bununla mənzil bazarını dirçəltməyə çalışır. Söhbət ondan gedir ki, layihənin icrası zamanı həmin ərazidəki bütün evlər söküləcək və ev sahiblərinə kompensasiya ödəniləcək. Sakinlər isə təbii ki, yeni ev almaq üçün mənzil bazarına üz tutacaq, beləliklə, də bazarda bir qədər canlanma olacaq. Bu həm də mənzillərin ucuzlaşmasının qarşısını almağa hesablanıb».

Qəzet yazır ki, «Qış bulvarı əməliyyatı» ilə yanaşı paytaxtdakı bütün qanunsuz tikilmiş evlərin sökülməsi də planlaşdırılır».

«Bizim Yol»: «Azərbaycan hakimiyyətinin tələm-tələsik elan etdiyi, konstitusiyanın 12-ci fəslinə zidd olan, qeyri-legitimliyinə indidən əsaslar yaradılmış referendumla bağlı əcaib hadisələr baş verməkdədir»-, Vurğun Əyyub «Referendum təlaşları» sərlövhəli köşəsində belə yazır.

«Zahirən özünə arxayın görünən, referendum ideyasının xalqdan gədiyi və xalq tərəfindən coşqunluqla dəstəkləndiyini iddia edən YAP hakimiyyəti qəribə bir əndişə içərisindədir. Bir tərəfdən yuxarıdan tapşırıqla artistlərin, idmançıların, ziyasız alimlərin iştirakı ilə çoxlu sayda təşəbbüs qrupları yaratmaqla referendum qərarının guya xalqın bütün təbəqələri tərəfindən dəstəkləndiyi görüntüsü yaratmaq istəyirlər.
Digər tərəfdən isə referenduma çıxarılması nəzərdə tutulan dəyişiklik və əlavələrin əleyhinə olan müxalifət qüvvələrinin yerlərdə imza toplamasından təşvişə düşən polis, icra hakimiyyətləri, bələdiyyələr (daha nə bilim kimlər) vasitəsilə ağlasığmaz, indiyənə qədər heç bir imza toplama kompaniyasında təsadüf olunmayan təqib və təzyiqlərə əl atırlar».

«Azərbaycan» qəzeti yazır ki, prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində növbəti illik Dünya İqtisadi Forumunda iştirakı, işgüzar görüşləri, çıxışları və müsahibələri dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Bir sıra nüfuzlu KİV-lər «prezidentindən müsahibələr götürmüş, dövlət başçısının Azərbaycanın bölgədə və dünyada söz, nüfuz sahibi olması, mövqeyini möhkəmləndirməsi, ölkəmizin dinamik inkişafı, həyata keçirilən iqtisadi islahatlar, «Nabucco» layihəsinə birmənalı dəstək verməsi, qlobal maliyyə böhranı kimi mühüm məsələlərlə bağlı fikirlərini ön plana çəkmişlər».
«Üç nöqtə»: «Ermənistan ordusunun Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş rayonlarındakı hərbi hissələrində nizam-intizam aşağıdır, orada problemlər var. Biz dəfələrlə belə məlumat almışıq». Bu barədə qəzetin suallarını cavablandıran ikinci ordu korpusunun komandiri, general-mayor Mahmud Həmzəyev məlumat verib. Onun sözlərinə görə, Ermənistan ordusundakı acınacaqlı vəziyyət o həddə çatıb ki, onlar həm döyüş qabiliyyətini, həm də döyüşçüləri itirirlər: «Deyə bilmərik ki, erməni hərbçilərində yüksək əhval-ruhiyyə var. Orada xidmət edənlərin hamısı muzdlu döyüşçülərdir. Onlar heç Dağlıq Qarabağ vətəndaşları da deyillər. Sadəcə, xidmət edib pullarını alırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG