Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:39

Səməd Seyidov: «Avropa Şurası referendumu izləyəcək»


«Referendumla bağlı Azərbaycandan AŞ-ya müxtəlif və qeyri obyektiv məlumatlar gedir». Milli Məclisin beynəlxalq əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞPA-dankı nümayəndə heyətinin sədri Səməd Seyidov belə deyir. Onun sözlərinə görə, Artıq AŞ qərar qəbul edib. Təşkilat Azərbaycanda keçiriləcək referendumu izləyəcək. Seyidov deyib ki, bundan ötrü ölkəyə nümayəndə heyəti də gələcək. Deputat hesab edir ki, Azərbaycanda keçiriləcək referendum Azərbaycan xalqına müraciətdir. «Bu ən demokratik formadır və heç kim xalqdan soruşmaq, xalqla məsləhətləşmək məsələsini şübhə altına ala bilməz - istər AŞ, istərsə də başqa bir təşkilat».
«Ancaq hesab edirəm ki, bu təşkilatda həmin tənqidi məsələlərlə məşğul olmamalıyıq. AŞ ilə işimizi davam etdirməliyik. Azərbaycanın maraqlarına uyğun olan məsələləri həll etməliyik. Zidd olan məsələləri isə açıq şəkildə bəyan etməliyik».
Səməd Seyidov Avropa Şurasının nümayəndələri ilə xarici radioların FM tezliyində yayımının dayandırılması ilə bağlı da müzakirələr apardığını dedi.
«Media ilə bağlı AŞ narahatlığını bildirərkən biz bəzi konkret məsələləri təşkilata çatdırdıq. Bildirdik ki, Azərbaycanda radiostansiyalarla bağlı atılmış addım AŞ-nın ekspertləri ilə birgə hazırlanmış qanun çərçivəsində həyata keçirilib. Milli Televiziya və Radio Şurasının təşkili AŞ-nın özünün məsləhəti əsasında gerçəkləşib». Seyidovun fikrincə, AŞ-nın ekspertizasından keçən qanunun tətbiqi ilə bağlı bu qurumun tənqidini eşitmək ən azı qəribədir.

XS
SM
MD
LG