Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:12

Referendumda təşviqatı kimlər aparacaq?


Konstitusiyaya əlavə və dəyişikliklər edilməsilə bağlı referendum bu il martın 18-nə təyin olunub
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsilə bağlı referendum bu il martın 18-nə təyin olunub
Fevralın 1-i axşam saat 6-da referendumla bağlı təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət müddəti başa çatıb. Komissiyanın məlumatına görə, imza vərəqəsi üçün müraciət edən 14 təşəbbüs qrupundan 13-ü tələb olunan 40 min seçici imzasını təqdim edib. Həmin təşəbbüs qrupları aşağıdakılardır:



Qeyd: Üç təşəbbüs qrupu artıq qeydiyyatdan da keçib. Bunlar «Yeni Azərbaycan», «Şəhər» və «Tərəqqi» təşəbbüs qruplarıdır. MSK «Abad kənd» Təşəbbüs Qrupunu təşviqat qrupu kimi qeydə almaqdan imtina edib. İmza vərəqəsi üçün müraciət etmiş «Demokratik Azərbaycan dünyası» təşəbbüs qrupu isə rəsmi müraciət edərək referendumda «Yeni Azərbaycan» təşəbbüs qrupunu dəstəkləyəcəklərini bildirib.

MSK-ya tələb olunan imza vərəqələrini təqdim edən 13 təşəbbüs qrupundan 9-u referendumun lehinə, 4-ü isə əleyhinə çıxır. Referendum əleyhinə yaradılan təşəbbüs qrupları bunlardır: «Qarabağ və Respublika uğrunda hərəkat», «Respublikaçılar», «Azərbaycan Xalq Cümhuriyyəti» və «Milli İstiqlal».

MSK-nın məlumatına görə, referendumla bağlı təşəbbüs qrupu yaratmaq üçün müraciət edənlərin sənədləri növbəti 10 gün ərzində araşdırılacaq və müvafiq qərar qəbul ediləcək.

Fevralın 18-dən isə referendumla bağlı təşviqat başlayır. Təşviqat səsverməyə 24 saat qalmış dayandırılır. Seçki Məcəlləsinin tələbinə görə, qeydiyyatdan keçmiş təşəbbüs qruplarına bir həftə ərzində İctimai Televiziya və radioda ən azı 3 saat efir vaxtı verilməlidir. Yəni əgər 13 qrupunun hamısı qeydiyyatdan keçərsə, hər birinin həftə ərzində təxminən 4 dəqiqə efir vaxtı olacaq.

Konstitusiyaya əlavə və dəyişikliklər edilməsilə bağlı referendum bu il martın 18-nə təyin olunub. Konstitusiyaya 30-a yaxın əlavə və dəyişiklik təklif edilir. Əsas narazılıq yaradan məsələ bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağanın ləğvi təklifidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG