Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:09

Sessiya gərgin olacaq


Oqtay Əsədov: «Bu sessiyada vacib qanunlar qəbul edəcəyik»
Oqtay Əsədov: «Bu sessiyada vacib qanunlar qəbul edəcəyik»
Milli Məclisin yaz sessiyası gərgin iş qrafiki ilə işləyəcək. Fevralın 2-də parlamentin yaz sessiyasının açılışında spiker Oqtay Əsədov belə deyib.
«Bu sessiyada vacib qanunlar qəbul edəcəyik, dörd hesabat – hökumətin, Hesablama Palatasının, Ombudsmanın və bələdiyyələrlə bağlı hesabat dinləniləcək. Eyni zamanda «2008-ci ilin Dövlət Büdcəsinin İcrası haqqında» qanun müzakirə olunacaq»-, deyə spiker bildirib.

Oqtay Əsədov deyir ki, martın 18-də keçiriləcək referendum Milli Məclisin təşəbbüsü olduğundan deputatlar fəallıq göstərməlidirlər.

Spiker bir çox deputatların Rusiyanın Ermənistana silah verməsini məsələsinin müzakirəsini təklif etdiyini bildirib. O, deyib ki, məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Müdafiə naziri məsələni Moskvada müzakirə edib. Spiker deyir ki, parlamentdə fəaliyyət göstərən işçi qrupda müzakirələr aparıldıqdan sonra məsələyə parlament də münasibət bildirə bilər.

Milli Məclisin Mətbuat Xidmətinin məlumatın görə, yaz sessiyasının iş planına 23 qanun layihəsi daxil edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG